Ermənistanın baş naziri Nikol Paşinyan məmurların istefa etməsi tələbinin yanlış olduğunu söyləyib.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib:

“Sözügedən məsələni dərhal həll etmək mümkün deyil. Düşünürəm ki, buna addım-addım yanaşmaq lazımdır”.

Qeyd edək ki, ötən gün Yerevanda merin istefası üçün yenidən aksiyalar keçirilib.