Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə ABŞ prezidenti Donald Trampla görüşüb.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, Paşinyan ötən gün Brüsselə yola düşüb. O, həmçinin Fransa prezidenti Emanuel Makron, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini ilə görüşüb.