Roma papası Fransisk İsrailin Qəzzada törətdiyi qətliam barədə danışıb.

Open.az “Vatican New” a istinadən xəbər verir ki, Roma Papası fələstinlilərə görə narahat olduğunu dilə gətirib:

"Yaxın Şərqdə və müqəddəs torpaqlarda gərginliyin yüksəlməsinə görə çox narahatam. Ölən və yaralananlar üçün kədərlənirəm. Zorakılığın heç vaxt sülhə aparmayacağını bir daha təkrar edirəm”.

O, İsrailə müraciət edərək, müqəddəs torpaqlardakı zorakılığa son qoyulması və dialoqun başlaması üçün çağırış edib.