“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Open.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiriNovruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.

N.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox böyük layihələr həyata keçirib: “Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhfələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha da konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və s. sahələrdə uğurlar əldə edib”.