"Hazırkı vəziyyətlə əlaqədar mütəxəsisslər tərəfindən ərazidə monitorinqlər aparılır".

Open.az xəbər verir ki, bu sözləri Bayıldakı sürüşmə zonasında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazi dik yamacdır və sürüşməyə meyilli ərazidir: "Ərazidə yamacın antropogen yüklənməsi baş verib. Ola bilsin ki, suxurların yuyulması prosesi gedib və nəticədə hadisə baş verib. Yəni, ilkin gəldiyimiz rəy budur. Yekun nəticə barədə sonrakı günlərdə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Şəfiqə Nazimqızı