ABŞ prezidenti Donald Tramp NATO sammitindəki iclasdan sonra açıqlamalar verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bütün Avropa ölkələrinin müdafiə xərclərini artırmağı qəbul etdiyini söyləyib: "ABŞ-ın NATO-ya sadiqliyi çox güclüdür. Müttəfiq ölkələrə müdafiə xərclərini ciddi şəkildə artırmayacaqları təqdirdə çox peşman olacaqlarını dedim".

Amerikanın NATO-ya ən çox vəsait ayıran ölkə olduğunu qeyd edən Tramp bunun ədalətli olmadığını və ABŞ-ın Avropanı qoruduğunu qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti vəzifəyə gəldiyi gündən bu yana müttəfiq ölkələrin müdafiə büdcələrini artırmasını istəyir.