Moskvada piyada keçidindəki vətəndaşlar iki avtobusun arasında qaldı.

Open.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada avtobus sürücüsü piyada keçidindəki vətəndaşlarla toqquşub. Piyada keçidinə yaxınlaşan avtobus sürücüsü sükanı saxlaya bilməyib və qarşısındakı avtobusa çırpılıb. O vaxt piyada keçidi ilə qarşı tərəfə keçən vətəndaşlar iki avtobusun arasında qalaraq əzilib.

Rusiya Daxili İşlər Nazirliyi qəza nəticəsində 3 nəfərin yaralandığını və ölənlərin isə olmadığını bildirib. Qəzandan sonra hadisə yerinə gələn polislər şok yaşayan sürücünü nəzarət altına alıb. Daxili işlər Nazirliyi, sürücünün saxlanıldığını və haqqında istintaqa başlanıldığını açıqlayıb.