Misirdə orqan ticarəti ilə məşğul olan, aralarında həkim və tibb bacılarının də olduğu, 37 nəfərə 3 ildən 15 ilə qədər həbs cəzası verilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Misirdə orqan ticarəti ilə məşğul olan aralarında həkim vətibb bacılarının də olduğu, 37 nəfərə 3 ildən 15 ilə qədər həbs cəzası verildiyi bildirilib.

Qahirə Cəza Məhkəməsində "qeyri-qanuni şəkildə orqan nəqli və ticarəti ylə məşğul olmaq aparmaq" da ittiham olunanlardan 3-ü qiyabi olaraq mühakimə olunan, 17-si həkim olmaqla 41 nəfərin məhkəmə prosesi başlayıb.

İclasda 6 həkimə 15 il, 11 həkimə 7 il, tibb bacılrı və səhiyyə nazirliyinin şəxsi heyətinin də olduğu 20 müttəhimə isə 3 il həbs cəzası verilib.

Məhkəmə həmçinin eyni cinayətdə ittiham olunan 1 müqəssirin vəfatı səbəbindən cinayət təqibinin sona çatmasına, 3 müttəhimin isə bəraətinə hökm verib.

İttiham olunan müttəhim həkimlərin, "Misir vətəndaşlarından aldıqları orqanları maddi qazanc qarşılığında əcnəbi xəstələrə nəql etmək üçün 29 əməliyyat həyata keçirdikləri və 4 nəfərin ölümünə səbəb olduqları" qeyd edilib.

Məhkəmənin qərarına etiraz yolunun açıq olduğu ifadə edilib.