Oğlu ilə Taylanda köçən məşhur türkiyəli aktrisa Leyla Bilginelin vəziyyəti pisləşib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisa milçək dişləməsindən sonra ölümcül xəstəliyə tutulub və xəstəxanaya yerləşdirilib.

Aktrisa bir neçə saat əvvəl "İnstagram"da video paylaşaraq ölümcül xəstəliyə tutulduğunu izləyicilərinə bildirib: “Mənim üçün dua edin ki, tez sağalım. Xəstəyəm, çox danışa bilmirəm. Buralara gələnlər diqqətli olsun. Milçəyin dişləməsindən sonra yoluxan bir ölümcül xəstəlikdir”.