Fransa prezidenti Emmanuel Makron canlı yayımlanan xüsusi proqramda jurnalistlərin suallarını cavablandırıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Makron ölkədəki müsəlmanlar haqda danışıb.

O, 6 milyona yaxın müsəlman fransız vətəndaşının olduğunu dilə gətirib: "Bu din Fransa üçün yeni sayılır. Tarixdə Fransanın katolik, protestant və yəhudilik ilə əlaqəsi olub. Çox sayda soydaşımız bu yeni faktdan qorxur. Birlik içində olmaq istəyiriksə, dini etiqad azadlığını qəbul etmək məcburiyyətindəyik".

"Hicablı bir qadınla qarşılaşdığınızda nə hisslər keçirirsiniz?" sualına Makron belə cavab verib: “Fransada hicaba və hicablılara hörmət edilməlidir”.