NATO Baş katibi Yens Stoltenberq Yunanıstan və Makedoniyanın ad problemi üzərində razılığa gəlmələrini məmnuniyyətlə qarşılayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Stoltenberq açıqlamısında bunu tarixi müqavilə kimi səciyyələndirib. O, sözügedən müqavilənin illərdir davam etdirilən diplomatik cəhdlərin nəticəsi olduğunu bildirib.

Baş katib Makedoniyanın bundan sonra NATO-ya üzv ola biləcəyini söyləyib: "Bu müqavilə Üsküpün NATO üzvlüyünün qarşısını açdı. Eyni zamanda Qərb Balkanlarda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək".

Qeyd edək ki, Yunanıstan və Makedoniya arasında uzun illərdir davam edən ad problemi həll edilib. İki ölkə arasındakı razılığa əsasən Makedoniyanın yeni adı Şimali Makedoniya Cümhuriyyəti olaraq dəyişdirilib

Onu da qeyd edək ki, Makedoniya adına görə ölkə neçə illərdir Avropa İttifaqı və NATO-ya üzv ola bilmirdi.