İsrailin Qəzzada törətdiyi qətliama biganə qalmayan isveçli və norveçli aktivistlər Fələstinə yola düşüblər.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Ship to Gazza” cəmiyyətinin sözçüsü Ellen Hansson məlumat verib.

O, iki gəminin Göterborq, bir gəminin Stokholm, bir gəminin də Norveçdən yola düşdüyünü bildirib.

Hansson gəmilərin iki ay yarıma Qəzzaya çatacağnı qeyd edib:

“Qəzza böyük bir həbsxanadır. 2 milyon fələstinli əsir həyatı yaşayır. Biz bu əsir həyatını azadlığa çevirmək istəyirik. Keçmişdə Qəzzada 4 min balıqçı var idi. İndi yalnız 500-ə qədər balıqçı qalıb. Balıqçı gəmilərini onlara hədiyyə etmək istəyirik. Bundan başqa, işğalçı İsrailin üzünü bir daha dünyaya göstərmək istəyirik".