İsrail əsgərlərinin Qəzzada törətdiyi qətliama qarşı yüzlərlə Təl-Əviv sakini aksiya keçirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, mitinq edən xalqa polis müdaxilə edib.

Yolları bağlayan nümayişçilər “qətliamı dayandır”, “ərəblər və yəhudilər düşmən olmağı rədd edir” şüarları səsləndirib.

Təl-əvivdə İsrail rəhbərliyinə qarşı keçirilən aksiyaları bir qrup aktivist təşkil edib.

Aksiyanı İsrail mətbuatı və televiziyaları yayımlamayıb.