İsrail təyyarələri Qəzzada yerləşən Həmasa aid iki hərbi ərazini hədəf alıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail hərbi ərazini 4 raketlə vurub.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ilk hücum zamanı bir fələstinlinin ayağından yaralandığı bildirilib.

Qeyd edək ki, İsrail ordusu ötən gün Qəzzanın şərq sərhədində Həmasa aid bəzi əraziləri bombalamışdı.