İsrail qüvvələri işğal altındakı Qərbi İordan və Şərqi Qüdsdə müxtəlif iddialarla fələstinliləri həbs etməkdə davam edir.

Open.az AA-ya istinadən xəbər verir ki, İsrail ordusu gecə keçirilən əməliyyatlarda terror aksiyalarına qarışdıqları iddiasıyla 15 fələstinlini saxlayıb. Bu barədə İsrail ordusundan məlumat verilib.

Fələstin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında təxminən 6500 fələstinli məhkum var.