Qüdsdəki ABŞ səfirliyinin açılış mərasimində 32 ölkənin əvəzinə 22 ölkənin iştirak etdiyi ortaya çıxıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimə qatılacağı bildirilən, ancaq qatılmayan ölkələr Kot-d'İvuar, El Salvador, Panama, Peru, Filippin, Serbiya, Cənubi Sudan, Tailand, Ukrayna, Albaniya və Vyetnam olub.

İsrail Xarici İşlər Nazirliyinin mərasimdə iştirak etmək qərarı alan ölkələrin siyahısını daha çox göstərməsinin səbəbi bilinmir.