Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə reydlər keçirməyə davam edirlər.

Open.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, növbəti reyd zamanı İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş, həcmi 8,48 kubmetr olan fıstıqcinsli meşə materialı aşkarlanıb.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1264,11 manat məbləğində ziyan tətbiq edilib.