İran İnqilab Mühafizəçiləri ikinci komandanı Hüseyn Salami İsraili tədid edib.

Open.az xəbər verir ki, Salami İsrailin İranı hədəf alması halında dərhal cavab verməyə hazır olduqlarını bildirib: “Barmaqlarımız tətikdədir, raketləri atmağa hazırıq”.

O, İsrailin baş naziri Binyamin Netanyahunun İranın təhdidlərinə hazır olduqlarına dair fikirlərə də münasibət bildirib: "Düşmənlərimizin öhdəsindən gəlməyi bilirik, İsrailin həyati nöqtələrini vuracaq gücə qadirik".