İranın cənubunda, Fars əyalətinin Kazerun şəhərinə bağlı kəndlərdə su problemi səbəbiylə kəndlilərlə polis arasında çıxan qarşıdurmada 1 kəndlinin həyatını itirdiyi bildirilib.

Open.az İranın rəsmi xəbər agentliyi IRNAYA istinadən xəbər verir ki, Kazerun Polis Rəisi Məhəmməd İbadinejad, Fars əyalətinə bağlı Kazerun şəhərinin kəndlərindən birində Şapur Çayından səyyar nasoslarla su çəkən kəndlilərlə polis arasında çıxan hadisələrdə 1 adamın həyatını itirdiyini söyləyib.

Qanun kənar çaydan su çəkənləri əngəlləmək istəyən polislərə kəndlilərin daş ataraq müqvimət göstərdiklərini dilə gətirən İbadinejad, hadisədə bəzi polislərin də yaralandığını qeyd edib.

Qeyd edək ki, İran Məclisində şənbə günü millət vəkillərinə xitab edən Buşehr əyalətinə bağlı Deştestan Millətvəkili Məhəmməd Baqir Səadət, Şapur Çayı ətrafındakı səyyar nasosların Deştestana kifayət qədər suyun çatmasına mane olduğunu bildirmiş vəziyyətdən Fars əyalət qubernatorunu məsul tutmuşdu. Buna qarşılıq Fars əyaləti millət vəkilləri, 10-ci ildən bu yana bölgəyə quraqlığın hakim olduğunu, Deştestandaki su sıxıntısının da buna bağlı olduğunu irəli sürmüşdü.