İranda elektrik istehlakının rekord səviyyəyə çatması səbəbilə Energetika Nazirliyi ölkə daxilində elektrik fasilələri baş verə biləcəyi xəbərdarlığını edib.

Open.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Energetika Nazirliyi tərəfindən hesabat hazırlanıb.

Hesabatda, ölkənin elektrik şəbəkəsinin yüksək istehlak səbəbilə böhran vəziyyətində olduğu bildirilib.

Qeyd edək ki, ötən gün İran daxilindəki elektrik istehlakı rekord qıraraq 57 min 97 megavat səviyyəsinə çatıb.