İranın Kazerun şəhərində etiraz aksiyaları keçirilib.

Open.az xəbər verir ki, şəhəri ikiyə ayırmaq planına etiraz etmək məqsədilə keçirilən aksiyalar zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Nümayişçilərdən bəziləri şəhərdəki polis bölməsinə hücum edib və yandırıb.

Rəsmilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.