İngiltərədə yeni dərc olunan əsasnamə ilə inşaat işçilərinin şortik geyinməsi qadağan olunub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, isti havalarda günəş altında çalışan fəhlələr şortik qadağasına ətək geyinərək etiraz ediblər.

45 yaşlı Bearded Simon Mayls 20 ildir ki, fəhləlik etdiyini və daha öncə belə bir halla rastlaşmadığını söyləyib: "Bazar ertəsi işə başlayanda ayaqlarımı bağlamağımı söylədilər. Sözün düzü, bu qərara çox təəccübləndim".