İndonezyanın Lombok adasında baş verən zəlzələlər nəticəsində 483 nəfər həyatını itirib.

Open.az xarici mətbuata istinadən zəbər verir ki, İctimai İşlər və Təhlükəsizlik Nazirliyi rəsmisi Harri Hikmət, verdiyi yazılı açıqlamada, ölkənin şərqindəki Lombok Adasında iki həftədə baş verən zəlzələlərdə cəmi 483 nəfərin öldüyünü açıqlayıb.

Açıqlamada, 5 avqust tarixində adada meydana gələn 7 bal gücündəki zəlzələdə ölənlərin sayının 471-ə çatdığını, dünən 6,3 və 6,9 böyüklüyündəki zəlzələ isə 12 nəfərin həyatını itirdiyi bildirilib.

Lombok Adasında, 15 gündə 800-dən çox aryerqard zəlzələ qeydə alınıb.