Nikaraquada aylardır davam edən iğtişaşlar nəticəsində 351 nəfərə ölüb.

open.az xəbər verir ki, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.

Bildirilib ki, son səkkiz gündə etiraz aksiyalarında 40 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Ölənlərdən 306-sı mülki şəxs, 28-i hökumət yönlü silahlı dəstə üzvü, 16-sı polis əməkdaşı, 1-i isə hərbçidir.

Qeyd edək ki, etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşıdırlar.