Hollandiyada həddindən artıq sağçı lider Qirt Uildersin parlament binasında Həzrəti Məhəmməd mövzusunda keçirmək istədiyi qalmaqallı karikatura yarışmasına icazə verilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, yarışmanın keçirilməsinə Hollandiya Milli Təhlükəsizlik və Terrorla Mübarizə Koordinatoru (NCTV) Dik Şuf şərait yaradıb. O, karikatura müsabiqəsi ilə bağlı hər hansı bir təhlükəsizlik riski olmadığını bildirib.

Sağçı liderə görə, müsabiqə bu il ərzində keçiriləcək. Hollandiyada keçiriləcək yarışda birinci olan karikaturaların sahibinə 5 min avro pul, ikinci yerə isə 2 min avro mükafat veriləcək.

Pul mükafatı adı açıqlanmayan bir ianəçi tərəfindən qarşılanacaq.