Gürcüstanın yeni Baş Naziri Mamuka Baxtadze yeni hökuməti açıqlayıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-lərində məlumat dərc olunub.

Gürcüstanın yeni Baş Naziri Mamuka Baxtade bu gün keçirdiyi mətbuat konfransında yeni hökuməti açıqlayıb. Baxtadze, nazirlər kabinetində yeni 3 nazirin vəzifəyə gətirildiyini qeyd edib.

Buna görə Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixail Batiaşvili, İqtisadiyyat Naziri və Davamlı İnkişaf Naziri Giorgi Kobulia və Maliyyə Naziri Ivan Maçavariani olub. Gürcüstan hökumətinin strukturunda edilən dəyişikliklərə görə, 14 nazirlik yerinə 10 nazirlik olacağı bildirilib.

Gürcüstan hökumətinə təyin olunan nazirlər:

Regional İnkişaf və İnfrastruktur Naziri - Maia Tskitişvili

Ətraf mühiti Qoruma və Kənd Təsərrüfatı Naziri - Levan Davitaşvili

Xarici işlər Naziri - Davit Zalkaniani

Daxili işlər Naziri - Giorgi Gakharia

Ədliyyə Naziri - Tea Tsulukiani

Müdafiə Naziri - Levan İzoria

İşğal Olunmuş Ərazilərdə Məcburi Köçkün və Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Təminat Naziri - Davit Sergeenko

Gürcüstanın Sülh və Vətəndaş Bərabərliyi Dövlət Naziri - Ketevan Tsikhelaşvili.