Gürcüstan parlamentinin növbədənkənar iclası keçirilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, baş nazir vəzifəsinə keçmiş maliyyə naziri Mamuka Baxtadze təyin edilib.

Hökumətdə həmçinin maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri də dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və David Zalkaliani xarici işlər naziri seçilib.