NATO-nun baş katibi Yens Stoltenberq sammitdə Gürcüstanla bağlı açıqlama verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Stoltenberq Gürcüstanın gələcəkdə NATO-ya üzv olacağını bildirib: “Biz Gürcüstanın avroatlantikaya qoşulmaq istəyini tam dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq. Ötən gün liderlər bunu təsdiq etdilər”.

Qeyd edək ki, NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 28 ölkə üzvdür.