59 dildə tərcümə xidməti olan "Google Translate" internet olmadan da istifadə ediləcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, xidmətin xüsusilə xarici ölkəyə səyahət zamanı əlverişli olacağı bildirilib.

Süni zəka əsaslı yeni xüsusiyyətdən ilkin mərhələdə ingilis, ərəb, çin, alman və hindcə başda olmaqla 59 dildə istifadə ediləcək.