ABŞ prezidenti Donald Trampın vəzifədən kənarlaşdırdığı keçmiş FBI (Federal İstintaq Bürosu) direktoru Ceyms Komey ilk dəfə televiziya proqramına qonaq olub.

Open.az “nytimes”a istinadən xəbər verir ki, Komey verilişdə Tramp haqqında maraqlı açıqlamalar verib. O, Trampın ABŞ-ın dəyərlərinə hörmət etmədiyini iddia edib: "Tramp bu vəzifə üçün əxlaqi olaraq uyğun deyil".

Keçmiş direktor həmçinin Rusiyanın Donald Tramp haqqında məxfi məlumatlara sahib olduğunu təsdiqləyib.

Komey vəzifədən kənarlaşdırılmasının özü üçün böyük sürpriz olduğunu qeyd edib.