Suriya prezidenti Bəşər Əsəd İranın "Aləm" telekanalına müsahibə verib.

Open.az "SANA"ya istinadən xəbər verir ki, Bəşər Əsəd müsahibəsində Suriya və bölgədəki prosesləri qiymətləndirib, o cümlədən İran haqda açıqlamalar verib.

O, Suriya müharibəsinin və verdiyi itkilərin boşuna olmadığını, məqsədin milli suverenlik və bütövlüyü təmin etməklə yanaşı, suriyalıların şərəf və müstəqil qərarlarını qorumaq olduğunu söyləyib.

Əsəd Suriya ilə İran arasında strateji əlaqələrinin olduğunu bildirib: "İranın Suriyadan çıxmaq təklifi İsrail tərəfindən irəli sürülüb. Məqsəd İranı beynəlxalq səviyyədə ağır vəziyyətə salmaq və nüvə proqramı məsələsində daha çox təzyiq göstərməkdir".

Prezident Suriyanın İranla əlaqələrini yalnız onların özləri ilə müzakirə edəcəyini də sözlərinə əlavə edib.