Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Robert Koçaryanın həbsiylə bağlı vəziyyəti şərh etməkdən imtina edib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan verəcəyi açıqlama ilə istintaqın gedişində təsir etmək istəmədiyini bildirib:

"Bu gün Koçaryanın həbsi barədə danışmaq yanlış olar. İstənilən açıqlama istintaqın gedişinə təsir göstərə bilər. Amma düşünürəm ki, Ermənistanın hər bir vətəndaşı bu sualın cavabını yaxşı bilir".

Qeyd edək ki, Robert Koçaryan 2018-ci il 1 mart hadisələrinə görə ittiham olunub. O, 2 ay azadlıqdan məhrum edilib.