Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı təşkil etdiyi hərəkat gündəmdəki yerini qoruyur.

Open.az "haber7"yə istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü Məhəmməd İbrahim Rza Suriyaya təşkil olunan hücumun arxasında Səudiyyə Ərəbistanın olduğunu iddia edib:

“Suriyada baş verənlər daha çox psixoloji istiqamətə malikdir və hərbi şoudur. Bu təcavüz Ərəbistanın mövcud resurslarından daha çox istifadə etmək üçün həyata keçirilib. Çünki bu ölkələrin liderləri Ərəbistana damazlıq inək gözü ilə baxırlar".