Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, NATO Sammitində Almaniya Baş Naziri Angela Merkellə görüşü başa çatıb.

Open.az Posta.com-a istinadən xəbər verir ki, Ərdoğan Belçikanın paytaxtı Brüsseldə keçirilən "NATO Sammiti" çərçivəsində ikitərəfli görüşlər keçirib.

Bu çərçivədə liderlərin təkbətək danışıqları üçün ayrılan hissədə Türkiyə prezidenti Ərdoğanın, Almaniya Baş Naziri Merkel ilə ikitərəfli görüşü başa çatıb.

Görüşdə, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Naziri Hulusi Akar və prezidentin sözçüsü İbrahim Qalın da iştirak edib.

Ərdoğan və Merkel, 40 dəqiqə davam edən görüşdən əvvəl, mətbuat nümayəndələrinin lentə aldığı zaman, iki ölkə nümayəndə heyətlərini bir-birinə təqdim edib.

Almaniya Baş Naziri Merkel, prezident Ərdoğanı 24 iyun seçkilərindəki uğuru münasibətilə təbrik edib.