Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarkisyan barədə həbs qərarı çıxarıb.

Open.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Ermənistanın Baş prokurorluğu Sarkisyanın qardaşı oğlunun şübhəli şəxs qismində sui-qəsd haqqında cinayət işini yenidən icraata almaq haqqında qərar qəbul etmişdi.