Əfqanıstan hökuməti 26 ildən sonra öz hava məkanının nəzarətini ələ alıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sözçüsü Şah Hüseyn Mürtəzəvi məlumat verib.

O, təxminən 26 ildir ki, Əfqanıstan hava məkanı nəzarətinin xarici ölkələrdə olduğunu bildirib.

Kabil Beynəlxalq Hava Limanında yeni radar sistemi yaradılması ilə hava məkanı nəzarəti tamamilə Əfqan hökumətinin əlinə keçib.

Mülki Aviasiya Administrasiyasının sədri Mahmud Şah Həbibi, Əfqanıstan hava məkanının artıq daha da təhlükəsiz olacağını qeyd edib.

Yeni qurulan radar sisteminin dəyərinin 30 milyon dollar olduğu bildirilib.