Dünyanın "ən uzun dırnaqlı adamı" tituluna malik hind Şridhar Çillalin dırnaqları kəsilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 66 ildir dırnaqlarını kəsməyən 83 yaşlı Çillal təxminən 910 santimetrelik dırnaqlarını kəsərək ABŞ-dakı bir muzeyə bağışlayıb.

Nyu-Yorkdakı "Believe it or not!" muzeyində təşkil olunan mərasimdə Çillalin bir əlindəki ümumi uzunluğu 9 metri keçən dırnaqlar mütəxəssis tərəfindən diqqətlə kəsilib.

Qeyd edək ki, Çillal dünyanın ən uzundırnaqlı adamı adıyla 2014-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. Onun ən uzun dırnağı 197,8 santimetrlə baş barmağında olub.

Dünyanın ən uzun dırnaqları kəsildi