Open.az dünyanın ən hündür 5 binası ilə bağlı maraqlı faktları təqdim edir:

1.Bürc Xəlifə - 828 metr

Dünyanın ən hündür binası olan Bürc Xəlifə Dubayda yerləşir.

828 metr hündürlüyündəki bina 161 mərtəbədən ibarətdir və tərkibində 30.000 ev yerləşir. Dəyəri 1.2 milyard dollar olan bina eyni zamanda tikinti xüsusiyyətləri ilə də dünyada bir ilk olmaq xüsusiyyətinə sahibdir. Binada 95 lift var.

Dünyanın ən hündür binaları – SİYAHI – FOTOLAR

2. Shanghai Tower - 632 metr

Çinin Şanxay şəhərində yerləşən bina Amerika memarlıq şirkəti tərəfindən hazırlanıb. 127 mərtəbədən ibarətdir. Hörük formasındakı göydələn üçün dünyanın ən hündür 2-ci binası demək olar. Tikintisinə 2006-ci ildə başlanılan bina 2014-ci ildə başa çatdırılıb. Bina dünyanın ən hündür müşahidə göyərtəsinə ev sahibliyi edir.

Otel və ofis binası olaraq hazırlanan strukturda 1100 avtomobil dayanacağı və 320 otel otağı yerləşir.

Dünyanın ən hündür binaları – SİYAHI – FOTOLAR

3. Makkah Royal Clock Tower - 602 metr

Səudiyyə Ərəbistanında yerləşən bu göydələn bir otel binası kimi inşa edilib. Alman memarlıq firması tərəfindən hazırlanan dünyanın ən hündür 3-cü binası ünvanına sahibdir. Binanın tikintisinə 2002-ci ildə başlanılıb və inşası 10 il davam edib. 2012-ci ildə istifadəyə verilən bina 120 mərtəbədən ibarətdir.

Otel funksiyası ilə yanaşı, içərisində bir İslami Muzey, konfrans mərkəzi, Ay monitorinq mərkəzi və 10.000 nəfər tərəfindən istifadə ediləcək bir dua otağı yerləşir. Dünyanın ən böyük saat qülləsi şəklindəki binanın üzərindəki ağ və yaşıl işıqlar 30 km uzaqlıqdan belə görünür, o cümlədən namaz vaxtlarını xəbər verir.

Dünyanın ən hündür binaları – SİYAHI – FOTOLAR

4. Ping An İnternational Finance Centre - 599 metr

Çinin Şenzhen şəhərində yerləşən tikili 115 mərtəbədən ibarətdir. Hazırda dünyanın ən hündür 4-cü binasıdır.

Bir maliyyə mərkəzi kimi inşa edilən binanın tikintisinə 2010-ci ildə başlanılıb. 7 il davam edən tikinti ötən il başa çatdırılıb.

Dünyanın ən hündür binaları – SİYAHI – FOTOLAR

5. Lotte World Tower - 555 metr

Cənubi Koreyada olan yarım kilometr uzunluğundakı Lotte World Tower paytaxt Seulda yerləşir. Altısı yer altında yerləşən və cəmi 123 mərtəbədən ibarət binanın tikintisinə 2009-ci ildə başlanılıb. 555 metr hündürlüyündəki göydələn dünyanın ən hündür 5-ci binasıdır.

Dünyanın ən hündür binaları – SİYAHI – FOTOLAR