ABŞ-ın Massaçusets muzeyinin əməkdaşları yaratdıqları ilk ən böyük kağız təyyarəni istifadəyə veriblər.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin uzunluğu 19,5 metrdir.

Konstruksiyanı çəkisi 680 kq-dan çox olan kranın köməyi ilə Fiçburq aeroportunda havaya qaldırıblar.

Layihənin müəllifi Cerri Bek bildirib ki, təyyarə 3 il müddətinə yaradılıb. Onun ərsəyə gəlməsində cəmi 4,5 min nəfər iştirak edib.