İsrailin Qəzzada törətdiyi qətliama dünyanın müxtəlif ölkələrində təşkil olunan aksiyalarla etiraz edilib.

Open.az “Reuters”ə istinadən xəbər verir ki, bu ölkələr arasında Braziliya, Argentina və Tunis də var.

Braziliyanın San-Paulu şəhərində vətəndaşlar Fələstin bayraqları ilə küçəyə çıxıb. Şəhərdə yerləşən maliyyə mərkəzinin binası da Fələstin bayrağının rəngləri ilə işıqlandırılıb.

Aksiyaların digər bir ünvanı də Argentinanın paytaxtı Buenos-Ayres olub. Argentinalılar İsrailin qətliamını pisləyiblər.

Şimali Afrika ölkəsi Tunisdə isə etirazçılar Fələstin bayraqları ilə küçəyə çıxaraq, şüarlar səsləndiriblər.