Hazırda təmir işləri aparılan dəmiryol stansiyasından oğurluğa cəhd edilib.

DİN-dən Open.az-a verilən məlumata görə, avqustun 9-da Sabunçu dəmiryolu stansiyasının ərazisində 30 metr misdən olan kabeli kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər məhkum olunmuş Samir Qasımov və Barat Qasımov saxlanılıblar.