Bu ilin yanvar-iyul ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 16 milyard 524 milyon 541 min ABŞ dolları olub.

Open.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yeddi ayda ticarət əməliyyatlarının ümumi həcminin 5 milyard 776 milyon 222 min dolları idxalın, 10 milyard 748 milyon 319 min dolları isə ixracın payına düşür.