Gələn həftə Türkiyə, İran və Rusiyadan olan rəsmilər İsveçrənin Cenevrə şəhərində bir araya gələcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlərin (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura açıqlama yayıb.

Açıqlamaya görə, onlar 18-19 iyun tarixlərində Suriya üçün konstitusiya komitəsinin qurulmasını müzakirə edəcək.

O, başqa dövlətlərin də dəvət ediləcəyini qeyd edib.