Əsəd rejimi və havadarları "gərginliyi azaltma bölgəsi" sərhədləri içərisindəki Türkmendağı bölgəsinin bütövlükdə ələ keçirmək üçün bombardmana başlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyada, ölkənin şimal-qərbindəki Lazkiye rayonuna bağlı Türkmendağını bütövlükdə ələ keçirmək istəyən Bəşər Əsəd rejimi və havadarları, bölgəyə qarşı intensiv hücumlara başlayıb.

Türkmendağı bölgəsində Azad Suriya Ordusu nəzarətindəki iki hətta piyada və topçu hücumları təşkil edən rejimin bölgəyə hərbi hücumu davam edir

Rejim qüvvələrinin artilleriya birlikləri "gərginliyi azaltma bölgəsi" sərhədləri içərisindəki Türkmendağını ələ keçirmək üçün dünən gecədən müxaliflərin cəbhə xəttinə intensiv hücumlar həyata keçirib.

Müxalif mənbələrə görə, Türkmendağının şərqində İdlib vilayətinə uzanan kəmərdəki Ubin və Naciyə bölgələrinə hücum təşkil edən rejim və havadarları, ilk etapda bu xətti kəsərək Türkmendağını əhatə etməyi planlaşdırır.