"Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətdə olan evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır".

Open.az xəbər verir ki, bunu sürüşmə zonasında olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, evlər Sovet dövründə tikilib:

“Burada özbaşına tikili yoxdur, evlərin sənədləri var. İlkin ehtimala görə, evlərin resursu bitib. Bir bina 1 il qəzalı vəziyyətinə düşdüyü üçün Nazirlər Kabinetinin qərarı ilə köçürülüb. Orada yaşayan şəxslər kompensasiya alıb. Dağılan, təhlükəli ərazidəki evlərlə bağlı müvafiq qərar qəbul ediləcək”.

Şəfiqə Nazimqızı