Bu gün paytaxtın ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün “Son zəng” çalınıb.

Open.az xəbər verir ki, Xətai rayonunda yerləşən 55 saylı orta məktəbdə məzunların və birincilərin iştirakı ilə konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər. Tədbirdə Qarabağ qazisi çıxış edib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlərə fəxri fərman və medallar verilib.

Qeyd edək ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Fotolar: Ehtiram Jabi