Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Open.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.