Sosial şəbəkə kabel televiziyalarından olan şikayətlərlə aşıb-daşır. Kimsə siqnalın zəifliyindən, kimsə də kanalların itməsindən narazıdır.

Open.az saytı paytaxt sakinləri arasında kabel TV-lərlə bağlı sorğu keçirib. Respondentlər “Hansı kabel TV-dən yararlanırsınız, nədən narazısınız” suallarını cavablandırıblar.

Zenfira Bəşirova, 49 yaş, Bakıxanov qəsəbəsi, müəllim.

- Ailə TV-yə baxırıq. Aylıq ödəniş vaxtı yaxınlaşdıqca, siqnal itir. 10 manatı vaxtında keçirsək belə.

Ayşən Mürsəlova, 23 yaş, tələbə. Xutor qəsəbəsi.

- Ailə TV-yə baxırıq. Problemlə qarşılaşmırıq.

Mətanət Babayeva, 50 yaş, evdar qadın.

- KATV-yə baxırıq. Görüntü problemi var, kanallar tez-tez itir.

Sərxan Sadıqov, 35 yaş, Bakıxanov qəsəbəsi, mühəndis.

- KATV-dən istifadə edirəm. Razıyam.

Lalə Şiriyeva, 36 yaş, Xətai rayonu, evdar qadın.

- KATV istifadəçisiyəm. Hava şəraitindən asılı olaraq bəzən siqnal zəifləyir, kanallar itir.

Səba Həsənova, 45 yaş, Xəzər rayonu, müəllim.

- Connect TV-yə baxırıq. Televizoru çox izləmirik, iş adamıyıq. Aşkar problemlə qarşılaşmamışıq.

Arif Xudiyev, 40 yaş, Xırdalan şəhəri.

- Connect TV-dən yararlanırıq. Siqnalın zəifliyindən narazıyıq.

Afət Dadaşova, 35 yaş, evdar qadın.

- KATV-dən razıyıq.

Gülsarə Ağayeva, 27 yaş, Nəsimi rayonu, tərcüməçi.

- KATV-yə baxırıq. Bəzi kanallarda xışıltı olur. Şirkətdən deyirlər, teleqülləyə baxan binalarda belə problem olur.

Rəşid, 30 yaş, Nərimanov rayonu, mühasib.

- "ATV Plus"dan yararlanıram. Siqnal zəifləyir, kanallar tez-tez itir.

Rəsmiyyə Ağayeva, 53 yaş, mühasib, Nərimanov rayonu.

- Connetc TV-də görüntü zəifliyi olur. Ödəmə ayı tamamlanmamış internet də zəifliyəyir.

Sorğuda 12 nəfər iştirak edib, bunların 8-i qadın, 4-ü kişidir. 23-60 yaş həddində olan Nəsimi, Xətai, Nərimanov, Xəzər rayon, Bakıxanov və Xutor qəsəbə sakinləri siqnal zəifliyi, kanalların yoxa çıxması, keyfiyyətsiz görüntü kimi problemlərdən şikayətləniblər. Respondentlərin ikisinin bildirdiyinə görə, aylıq ödəmə vaxtı yaxınlaşdıqda siqnal itməsi və görüntünün zəifləməsi kimi hallarla qarşılaşıblar. 4 nəfər xidmətdən razı olduğunu bildirib.

Jalə Əlisoy