Sotheby’s hərrac evinin Paris nümayəndəliyində, ayaqqabı qutusunda təsadüfən tapılmış XVIII əsrə məxsus çini güldan 16 milyon avroya satılıb.

Open.Az euronews-a istinadən xəbər verir ki, güldan uzun illərdir evlərin birinin çardağında digər əşyalarla birlikdə saxlanılıb.

“Əşyanı bizə gətirən şəxs, əvvəlcə qatarla, sonra metro ilə, sonra isə piyada gəlib. Güldan qəzetə bükülmüş ayaqqabı qutusunda idi. Qutunu açanda heyrətə gəldik” – deyə hərrac evinin eksperti Olivye Valmyer deyib.

Sotheby’s evinin nümayəndələrinin sözlərinə görə, güldanın sahibi ailə əşyanın dəyərini bilsə də, onun bu qədər baha satılacağını təxmin etməyib.