Alman avtomobil nəhəngi "Volkswagen"ə karbon emissiyası qalmaqalı səbəbilə 1 milyard avroluq pul cəzası kəsilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, cəzanı Braunschweig Əyalət Məhkəməsi verib.

Dizel böhranına görə məsuliyyət daşıdıqlarını qəbul edən şirkət rəsmiləri apellyasiyasiya şikayəti verməyəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ-ın Ətraf Mühitin Mühafizəsi (EPA) 2015-ci ilin sentyabr ayında "Volkswagen"in dizel mühərrikli avtomobillərində aparılan səsboğan emissiya testlərinin xətalı olduğunu açıqlamışdı.